homepage
aze     eng     rus
Kartlar   Sizin qeydləriniz  
Filiallar   Bankomatlar   POS-terminallar

ÖDƏNIŞ KARTLARI. ÖDƏNIŞ SISTEMI NECƏ IŞLƏYIR   

Ödəniş kartları – bank kart məhsuludur. Plastik kartlar əsasında beynəlxalq ödəniş sistemlərinə aşağıdakı sistemləri aid etmək qəbul olunmuşdur: “VISA”, “MasterCard”, “Diners Club”, “American Express”.

Sistemdə maliyyə iştirakçılarının iki kateqoriyası mövcuddur. Birinci kateqoriya – emitentlər (kartları buraxmış təşkilatlar). Ikinci kateqoriya – ekvayrerlər (ticarət/xidmət müəssisələrində kart sövdələrinə xidmət göstərən təşkilatlar). Eyni bir bank və ya təşkilat eyni zamanda həm emitent, həm də ekvayrer ola bilər.

Vəkalətləndirilmə (avtorizasiya) prosesini nəzərdən keçirək.

Fərz edək ki, kart sahibi restorana gəlmiş və nahar etmişdir. Daha sonra isə naharı öz bank kartı ilə ödəmək qərarına gəlmişdir. Əgər restoran bu kart növünü (müvafiq olaraq, “Viza”, “Masterkard” və s.) qəbul edirsə (başqa sözlə, ona xidmət göstərirsə), ofisiant, müştərinin kartını terminaldan keçirilmə, əməliyyatı vəkalətləndirir. Bu zaman o əməliyyatın məbləğini göstərir. Informasiya ekvayrerə göndərilir, o isə, öz növbəsində, müştərinin kart hesabında vəsaitin mövcudluğunu yoxlayır və, nəticədən asılı olaraq, əməliyyatı təsdiq və ya rədd edir. Adətən bütün proses bir dəqiqədən artıq vaxt aparmır. Tranzaksiyaya, bundan əlavə, əməliyyatın tarixi və vaxtı, ticarət-xidmət təşkilatının uçot kodu da daxildirlər.

Vəkalətləndirilmə üçün bu informasiyanı avtomatik rejimdə göndərən ödəniş terminallardan istifadə olunur: kassir və ya satıcı (ofisiant) yalnız ödənişin məbləğini daxil edir, qalan məlumatı isə terminal özü tutuşdurur. Əsas odur ki, bu informasiya ekvayrer tərəfindən qəbul edilir.

Əgər ödəniş mümkündürsə, müvafiq məbləğ emitent tərəfindən bağlanır və əməliyyatın yerinə yetirilməsinə rılıq ekvayrerə göndərilir. Rılığı alaraq, ekvayrer onu ticarət-xidmət təşkilatına göndərir. Adətən bu vəkalətləndirilmə kodu – hansısa bir ədəd şəklində tərtib olunur. Əgər vəkalətləndirilmə kodu alınmamışdırsa, bu o deməkdir ki, sövdə bəyənilməmişdir və ticarət-xidmət təşkilatı bu kartı ödəniş üçün qəbul edə bilməz.

Bir çox ölkələrdə vəkalətləndirilmə zamanı “floor limits” adlanan hallar, və ya elə məbləğ hədləri nəzərə alınırlar ki, onlardan aşağı məbləğdə sövdələrin təsdiqi avtomatik olaraq baş verir. Məsələn, ödəniş terminalı ekvayrerlə (daha dəqiq desək, ekvayrerdə olan kompüterlə) əlaqəyə girməyə də bilər. Əgər ödənişin məbləği ona ekvayrer tərəfindən daxil edilmiş limitdən dırsa, onda terminal özü sövdənin rəsmiləşdirilməsinə rılıq verir, daha dəqiq desək – sadəcə olaraq verilən əməliyyatların daxil olduğu ticarət çekini çap edir.

Bizim ofisiant vəkalətləndirilmə kodunu aldıqda nə meydana çıxdı? Verilən sövdə üzrə sistemin iştirakçıları arasında “borclu-kreditor” münasibətləri yarandılar. Ticarət mərkəzinə kim borcludur? Ekvayrer. Ekvayrerə kim borcludur? Sistem (daha dəqiq desək, hesablaşma bankı). Sistemə (hesablaşma bankına) kim borcludur? Emitent. Emitentə kim borcludur? Restoranda nahar etmiş kart sahibi. Pul vəsaitinin heç bir hərəkəti baş vermədi; bizim restoran hələ ki, pulun əvəzinə vəkalətləndirilmə kodunu aldı, lakin bu vəkalətləndirilmə kodu ticarət müəssisəsi tərəfindən vəsaitin alınmasının zəmanətidir.

Və belə münasibətlər hər bir sövdə üzrə qurulurlar. Sistem bu münasibətlərə ancaq hesabat saatından başlayaraq icazə verməyə başlayır. Emitent vəkalətləndirilmiş sövdənin ehtiyata keçirilmiş məbləğini hesabat bankının hesabına silir, hesabat bankı pulları ekvayrerin hesabına köçürür, ekvayrer isə - ticarət-xidmət təşkilatının hesabına köçürür. Bütün vəkalətləndirilmiş məbləğlər 30-günlük müddət ərzində silinməlidir. Əks halda, ticarət müəssisəsi və ekvayrer artıq bu vəsaitə iddiada ola bilməzlər.

Plastik kartların hasın növləri mövcuddur?

Plastik, bank, ödəniş, klub, diskont, identikləşdirmə, embosslaşdırılmış, embosslaşdırılmamış, kredit, debet, ATM, maqnitli, smart, fərdi, korporativ, “VISA”, “MasterCard”, “American Express”, “Diners Club”, standart, qızıl, elektron – bu və digər bir çox sözə Siz “kart” və “kartoçka” sözləri ilə sözbirləşməsində rast gələ bilərsiniz. Bank kartları kartın sahibi tərəfindən malların və xidmətlərin nağdsız ödənişinin həyata keçirilməsi, habelə onun dünyanın praktiki olaraq istənilən nöqtəsində xüsusi bankomatlarda öz bank hesabından nağd pul alması üçün nəzərdə tutulmuşlar. Kartların bu növü ən böyük maraq doğurur, çünki məhz bu kartlar istər İnternet vasitəsi ilə, istərsə də “off-layn” ticarətdə alışmaların yerinə yetirilməsi üçün istifadə edilirlər.

Plastik kartları müxtəlif əlamətlərə görə bir neçə kateqoriyalara ayırmaq olar. Əvvəlcə - oxşarlıq. Adətən, bütün plastik kartlar eyni bir ölçüyə - 2,125" x 3,375" (təxminən 54 x 86 mm) və təxminən 0,039" (1 mm-ə yaxın) qalınlığa - malikdirlər. Kartları həmçinin identikləşdirmə informasiyasının (kart sahibinin adının, kartın nömrəsinin, kartın qüvvədə olma müddətinin və s.-nin) karta hansı üsulla köçürülməsinə görə də ayırmaq olar. Bu informasiya xüsusi aparat – embosser (embosser) ilə qabarıq şriftlə köçürülə (basıla) bilər və onda kart embosslaşdırılmış adlanır. Embosslaşdırılmış kartlarda identikləşdirmə informasiyası damğalanır və, bir qayda olaraq, bu kartlar ancaq elektron istifadə üçün nəzərdə tutulurlar (məsələn, “VISA Electron”).

Kartla elektron informasiyanın daşıyıcısı kimi “maqnit zolaqlı kartlara” və ya “çip kartlarına” (“smart-kartlara”) ayrılırlar. Adətən maqnitli kart özünə bu kartla köçürülən məbləğ haqqında informasiya daxil etmir – onda ancaq malların və xidmətlərin ödənilməsi üçün zəruri olan məbləğin silinməsi üçün hansı banka (və ya digər kredit müəssisəsinə) müraciət edilməli olduğu haqqında informasiya qeyd olunur. Smart-kartlar, əksinə, öz çipində - o isə adətən özündə bütöv bir prosessor və şifrələnmiş informasiyanın qorunub saxlanması üçün modulları təmsil edir – kartda saxlanılan məbləğ haqqında informasiyanı saxlayırlar. Beləliklə, maqnitli kartlarla iş zamanı müştərinin ödəniş qabiliyyətinin müəyyən edilməsi üçün bankla və ya prosessinq mərkəzi ilə terminal, telefon və ya İnternet (“on-layn” dükanlar üçün) vasitəsi ilə əlaqə zəruridir. Smart-kartlarla, kredit müəssisələri ilə əlaqə yaratmadan işləmək olar, lakin bu zaman smart-kartdan vəsaitin silinməsi ancaq electron qurğuların vasitəsi ilə mümkündür, halbuki maqnitli kartlarla iş zamanı bu tələb olunmur. Həmçinin qarışıq informasiya daşıyıcıları olan kartlar (hibrid kartlar) da mövcuddurlar – onlarda eyni zamanda həm çip, həm də maqnit zolağı olur.

Bank kartları kredit, debet və bankdaxili xüsusi kartlara ayrılırlar. Bankın, kredit kartından istifadə edən müştərisi, malların və xidmətlərin kartla ödənildiyi təqdirdə bankdan məhdud kredit almaq imkanına malikdir. Müştəri sonradan xərclərin əvəzini banka nağd pulla öz şəxsi əmanətlərindən və ya digər hesabdan verir. Debet kartları bankın müştərisinə bankomatlardan nağd pul almaq və özünün alınmış mallarını ancaq onun xüsusi kard-hesabında olan məbləğ çərçivəsində ödəmək imkanı verirlər. Bu zaman, vəkalətləndirilmə anında, məbləğ müştərinin hesabında, ödəniş sistemindən fayl prosessinq mərkəzinə daxil olana qədər, müəyyən müddətə bağlanır, bundan sonra o birdəfəlik silinir. Alınan malın və ya xidmətin prosessinq mərkəzi vasitəsi ilə ödənilməsindən onun birdəfəlik silinməsinə və ya səhvin və ya saxtalaşdırılmanın aşkar edildiyi təqdirdə hesaba “qaytarılmasına” qədər müştəri silinən məbləği “görmür”. Bankdaxili xüsusi kartlar bankın müştərilərinə bankın bankomatları vasitəsi ilə depozitlər üzrə faizlərin alınması və s. kimi əlavə xüsusi xidmətlərin təqdim edilməsinə xidmət edirlər. Adətən, bu zaman verilmiş bankdaxili kartlarla işlə ya bankın özü, ya da ki, o və onun tərəf-müqabili olan banklar məşğul olurlar. Istər kredit, istərsə də debet kartları fərdi və korporativ ola bilərlər. Fərdi kartlar (“Customer cards”) ancaq fiziki şəxslərə, korporativ kartlar isə ancaq şirkətlərə (təşkilatlara) verilirlər.

Bütün bank kartları kart sahibinin hesabına sanksiya verilməmiş girişdən PİN-kodun (fərdi identikləşdirmə nömrəsi adlanan) köməyi ilə mühafizə olunurlar. Bir qayda olaraq, dördrəqəmli PIN köməyi ilə kartın sahibi nağd pulun çıxarılması üçün bankomat vasitəsi ilə öz hesabına icazə əldə edir. Karta qeyri-qanuni yiyələnmə zamanı PIN-kodun tapılması imkanı məhduddur, çünki adətən PİN-kodun üç uğursuz daxil edilməsi cəhdindən sonra (özü də bunun bir və ya bir neçə müxtəlif bankomatda baş verməsindən asılı olmayaraq) kart bankomat tərəfindən tutulur, bu barədə bank və ya hesabın (və ya hesabların) sahibi xəbərdar edilir. Kartın sahibi öz PİN-kodunu gizli saxlamalıdır. O bu kodu bankda plastik kartla birlikdə xüsusi möhürlənmiş zərfdə alır; PIN-nömrənin özü xüsusi avtomatik qurğu tərəfindən çap edilir, belə ki, bankın müştərisindən başqa onu heç kim görə bilməz, və ya müştərinin özü tərəfindən seçilir. Verilmiş PİN-kodu yadda saxladıqdan sonra müştəri, yaxşı olar ki, aldığı zərfi məhv etsin. Əgər birdən kartın sahibi ona verilmiş PİN-kodu yaddan çıxararsa, o banka müraciət edə və kod olan konvertin təkrarən verilməsini istəyə bilər. Kart, kartın üzərində onun qüvvədə olmasının bitməsi müddəti kimi göstərilmiş ayın son gününə kimi qüvvədədir. Kartın qüvvədə olma müddəti bitdikdən sonra onu ödəniş üçün heç kim qəbul etməyəcəkdir, belə kartdan istifadə etməyə cəhd etdiyiniz bankomat isə, çox güman ki, onu saxlayacaqdır. Belə problemlərdən, kartınızı “yenidən buraxılmaq” üçün vaxtında təhvil verməklə və onun əvəzində sonrakı bir və ya iki illik dövr üçün yenisini almaqla, yaxa qurtarmaq olar. Ticarət şəbəkəsində malların və xidmətlərin ödənilməsi zamanı satıcı alıcının şəxsiyyətini plastik kartın arxa tərəfindəki imza nümunəsinə və onun şəklinə görə, əgər kart onunla təchiz olunmuşdursa, yoxlamağa borcludur. Həmçinin müştərinin identikləşdirilməsi üçün onun şəxsiyyətini təsdiq edən sənəd – pasport, sürücülük vəsiqəsi və s. tələb oluna bilər. Plastik bank kartında adətən aşağıdakı informasiya yerləşdırılir:

Adətən kartın sahəsinin təxminən üçdə birini, kartın mənsub olduğu ödəniş sisteminin loqotipi və qoloqramı yerləşdirilmiş sahə tutur: “VISA” üçün bu - üzərində “VISA” yazılmış kiçik bayraq və qoloqramda göyərçin, “MasterCard” üçün – iki kəsişən yarımkürədir. Kartın yerdə qalan hissəsinin dizaynı, bir qayda olaraq, emitent bankın ixtiyarına verilir. Ancaq kartın üz tərəfinin vahid dizaynını müəyyən etmiş “American Express” istisna təşkil edir. Kartın ödəniş sistemləri tərəfindən istifadə olunmayan hissəsində praktiki olaraq həmişə kartın emitenti olan bankın loqotipi geyd olunur. Maqnit zolaqlı kartların əksəriyyətinin aşağı hissəsi embosslaşdırılma üçün istifadə olunur. Kartın ortasından aşağıda kartın adətən 16 rəqəmdən (4 rəqəmdən ibarət olan 4 qrup) ibarət olan nömrəsi embosslaşdırılır. “VISA”, “MasterCard” sistemlərində ilk 6 rəqəm emitent bankın ödəniş sistemindəki kodunu təmsil edir. Eyni bir ödəniş sistemində bankın bir neçə identikləşdirmə nömrəsi (məsələn, qızıl kartlar üçün ayrıca nömrə) ola bilər, lakin istənilən halda ilk 6 rəqəm birmənalı surətdə emitent bankı göstərir. Kartın nömrəsinin altında kartın qüvvədə olma müddəti embosslaşdırılır. Adətən ancaq kartın qüvvədə olduğu ayın nömrəsi və ilin (daxil olmaqla) son iki rəqəmi göstərilir. Sonrakı sətirdə kart sahibinin adı və soyadı embosslaşdırılır. Beynəlxalq ödəniş sistemlərində çap üçün ancaq latın simvollarından istifadə edilir, özü də anlaşılmazlıqdan yaxa qurtarmaq üçün, adın və soyadın məhz xarici pasportda istifadə olunan tpanskripsiyası istifadə edilir. Mikroçipli kartlar da mikroçipin standart – sol tərəfdə təxminən ortada, kartın nömrəsinin ilk rəqəmlərinin üstündə - yerləşməsinə malikdirlər.

Maqnitli kartın arxa tərəfində yuxarıda üzərində iki, üç və ya dörd (adətən, üç) cığırda əsas identikləşdirmə informasiyası yazılmış maqnit zolağı yerləşir. Yayılmış rəyin əksinə olaraq, bu informasiya köçürülməkdən və ya oxunmaqdan heç cür mühafizə olunmamışdır, buna görə də buraya heç bir məxfi informasiya yazılmır. Burada ancaq kartın nömrəsi, sahibinin adı və kartın qüvvədə olma müddəti yazılır. Məhz buna görə bu kartla pulun alınması zamanı Sizin maqnit zolağında tapa bilməyəcəyiniz PİN-kodu daxil etmək lazımdır. Kartda bir qədər aşağıda adətən kartın sahibinin imzası üçün toza bələnmiş xüsusi zolaq yerləşir. Bu imza slipdə imzanın yoxlanılması zamanı satıcı və ya kassir üçün nümunə kimi xidmət edir. Adətən kartın arxa tərəfində, onun aşağı hissəsində kartla əlaqədar hər hansı bir problemin meydana çıxması zamanı hara müraciət etmək lazım olduğu haqqında məlumatı və/və ya kartı tapan şəxsin hara müraciət etməli olduğu haqqında informasiya yazılır.